142 nəfər koronavirusa yoluxub, 150 nəfər sağalıb, 1 nəfər vəfat edib
Tarix: 10-09-2020 16:45
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 150 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
GÜNpress.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 37874 nəfər koronavirus infeksiyasına yoluxub.
Onlardan 35269 nəfər müalicə olunaraq sağalıb, 556 nəfər vəfat edib, aktiv xəstə sayı 2049 nəfərdir.
Ölkədə son sutka ərzində 7290, hazırkı dövrədək isə 988268 test aparılıb.
Seçilmişlər
Ən çox oxunanlar