Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

FHN dövlət büdcəsi ilə tikdiyi evin qiymətini açıqlamır

Tarix: 25-08-2020 14:03   
FHN dövlət büdcəsi ilə tikdiyi evin qiymətini açıqlamır
Zaqatala rayonunun Çobankol kəndində 2012-ci ildə baş verən zəlzələ zamanı dağılan evlərdən birinin yerində tikilən ev 7 il sonra yanaraq məhv olub.

Həmin evin sahibi Eldar Atayev “Qafqazinfo”ya müraciət edərək bildirib ki, zəlzədən sonra rəsmi şəxslər onun evinə gələrək yoxlama aparıblar: “Sübut olundu ki, ev qəzalı vəziyyətdədir və bu haqda rəy verildi. Daha sonra dövlət büdcəsindən ayrılan vəsaitlə Fövqəladə Hallar Nazirliyi bizim üçün ev tikdi. Ev də icbari qaydada sığortalandı. 2019-cu il iyulun 27-də evim yanaraq kül oldu. Amma sığorta şirkəti evin dəyərindən çox az pul təklif edir”.

E.Atayev qeyd edib ki, sığorta şirkətinə evin dəyəri ilə bağlı sənədləri təqdim etmək üçün Fövqəladə Hallar Nazirliyinə müraciət etsə də, bu günədək cavab ala bilməyib.

Zaqatala Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Tofiq Əhmədov rəsmi məktubla E.Atayevə cavab verərək bildirib ki, Zaqatala rayonunda zəlzələdən sonra qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin tikintisi Fövqəladə Hallar Nazirliyi tərəfindən aparıldığından istənilən məlumatları almaq üçün bu quruma müraciət etmək tövsiyə olunur.

E.Atayev qeyd edir ki, Fövqəladə Hallar Nazirliyi bu barədə məlumatın məxfi olduğunu bildirir: “Sorğuların əksəriyyəti cavabsız qalıb, amma bir dəfə cavab yazıblar. Onda da yazıblar ki, evin qiyməti daxili istifadə üçün nəzərdə tutulub, açıqlana bilməz. “Burada hansı məxfilikdən söhbət gedə bilər? Dövlət büdcəsindən ayrılan pulun xərclənməsi şəffaf olmalıdır. Birincisi, dövlət büdcəsindən ayrılan vəsaitin xərclənməsindən söhbət gedir. İkincisi də, öz evimə aid olan məlumatı mənə vermirlər. Yəqin sənədlərdə xərclənən vəsaitin məbləği şişirdilib, daha çox göstərilib. Buna görə də rəqəmləri açıqlamaq istəmirlər”.

FHN-in mətbuat katibi Gülçin Mehdiyeva “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin məlumatlar daxili istifadə üçün nəzərdə tutulduğundan açıqlanmır. O qeyd edib ki, vətəndaş bu barədə bir dəfə Vəkil Bürosundan Fövqəladə Hallar Nazirliyinə məktubla müraciət edib:

“Vətəndaşın sorğusuna rəsmi məktubla cavab verilib. “İnformasiya əldə etmək haqda” qanunun 2-ci və 35-ci maddələrinə əsasən, qeyd olunan məlumatlar xidməti istifadə üçün nəzərdə tutulduğundan onların sorğuda qaldırılan sualları barəsində məlumat verilməsi mümkün deyil”.