Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Gözəl və… dərdli Lerik

Tarix: 10-08-2020 11:33   
Gözəl və… dərdli Lerik
Lerik rayonu 1930-cu ilin avqust ayında təşkil edilib. 1938-ci ilin yanvar ayınadək mərkəzi Qosmalyan kəndi olmaqla Zuvand rayonu adlanıb. 1084 km2 əraziyə malik olan rayonda – 161 kənd və bir şəhərdə 85616 nəfər əhali yaşayır. Prezident İlham Əliyevin 13 iyun 2008-ci il tarixli sərəncamı ilə rayon mərkəzi olan Lerik qəsəbəsinə şəhər statusu verilib.

Lerik Azərbaycanın dilbər güşələrindən biridir, bura hələ sovet dövründə üzünömürlülər diyarı kimi şöhrət tapmışdı. Tarixçilərin fikrincə, Lerik qədim dünyada ilk yaşayış məskənlərindən olub. Lerik əhalisi tarix boyu mərd, vətənpərvər, döyüşkən toplum olub. Leriklilər yeni dövrdə də öz köhnə vərdişlərini unutmayıblar, babalardan gələn müsbət adət-ənənələri yaşadırlar. Onlar Azərbaycan dövlətçiliyinə əsl və əsil vətəndaş bağlılığı ilə sadiqdirlər. Bu sədaqəti Lerik camaatı Qarabağ müharibəsi zamanı əhali sayına nisbətdə ən çox şəhid verən rayonlardan biri olaraq Azərbaycan tarixinə yazıb.

Təəssüf ki, yaşadıqları dağlar kimi vüqarlı, udduqları hava kimi saf olan leriklilər bu günə müxtəlif problemlərin məngənəsində qalıblar. Son vaxtlar bu problemlər kağız və elektron mediada, ayrı-ayarı müstəqil bloqerlərin yazılarında boy göstərməyə başlayıb. Görünür, leriklilər artıq yerli hakimiyyət orqanlarından xeylidərəcədə məyus olublar və ümidlərini Mərkəzə bağlayıblar. Mərkəzin nəzər-diqqətini cəlb etməyin səbir yolu KİV-ə müraciət ünvanlamaqdır. Elə bizi də Lerikə yola çıxmağa təşviq edən redaksiyamıza daxil olan şikayətlər oldu.

Lerik səfərimiz səmərəli və artıq dərəcədə işgüzar keçdi. Biz hər gün ən müxtəlif əhali qrupları ilə, yerli sahibkar və ziyalılarla görüşdük, onların şikayət və təkliflərini dinlədik. Düzü, leriliklilərlə canlı ünsiyyət bizi problemlərin qıraqdan göründüyündən daha çox, daha ciddi və bir az da geniş xarakter daşımasına əmin elədi.

Bitmək bilməyən qazlaşma…

İlk şikayətlər bəzi kəndlərin mavi yanacaqla tamamilə təmin olunmaması və ya qismən təmin olunması ilə bağlı oldu. Misal üçün, Nücü, Lərmərud kəndləri qətiyyən qazlaşdılımayıb, baxmayaraq ki, ana xətt bu kəndlərin təsərrüfat torpaqlarının içindən, cəmi 150-200 metrlik məsafədən keçib digər kənd ərazilərinə gedir. Problemlə bağlı Nücü və Lərmərud sakinləri rayon məsullarına, həmçinin yuxarı aidiyyatlı qurumlara dəfələrlə müraciət etsələr də, aldıqları cavab yalnız bu olub: “Kəndlərin qazlaşdırılması iqtisadi cəhətdən səmərəli olmadığı üçün təmin olunmur”. Kommuna lxidmətlərin nə vaxtdan iqtisadi səmərə dairəsinə aid olduğu ağlı və insafı olan hər kəsdə sual doğurur.

Qosmalyan kəndində isə yaşayış evləri mavi yanacaqla təmin olunsa da, kəndin xəstəxanası, məktəbi və s. dövlət müəsissələri qazlaşdırılmayıb və soyuq havalarda dədə-baba qaydası ilə – odun yandırmaqla qızdırılır.

Beləcə adı çəkilən kəndlərin və adı çəkilməyən daha neçə kəndin qazlaşdırılmaması həm sakinlərin yaşayış səviyyəsinə təsir göstərir, həm onları bir vətəndaş olaraq incik salır, həm də ətraf mühitə, ekologiyaya – oduncaq tədarük etmək üçün meşələrin qırılması formasında–ziyan vurur.

Düzəlmək bilməyən yol…

Diqqətimizi rayon ərazisinə daxil olduğumuz ilk andan cəlb edən daha bir əskiklik Lənkərandan Lerikə qalxan eninin olsa-olsa 6-8 metr olan asfalt yolu idi. Bundan başqa, sürüşmənin baş verməməsi üçün yol boyu düzülmüş beton dirəklərin bəzisi də bəlli standartlara uyğun gəlmir. Onlar artıq, necə deyərlər, ikinci əl istifadə qurğularıdır, bizə verilən məlumata görə, bunlar Xəzər dənizinin Astara sahillərindən söküləndən sonra daha ucuzuna alınaraq gətirilib. Hələ onu da izah etmək artıqdır ki, dənizə hesablanmış dirək başqa, dağa hesablanmış dirək başqa. Onu da qeyd edək ki, Lənkəran-Lerik yoluna nə az, nə çox – düz 26 milyon manatdan çox vəsait sərf olunub (Sərf olunan vəsaitlə bağlı dəqiq məlumat tapa bilmədik). Amma kağız üzərində. Əks halda, bu yol qısa müddətdən sonra yenidən dağılmağa üz qoymazdı.

Rayonun müxtəlif kəndlərini Lerik şəhəri ilə birləşdirən yollarda da – istər asfalt, istər çınqıl döşənmiş, istərsə də torpaq yollarda vəziyyət qənaətbəxş deyil. Bəzi hallarda isə problemin adı sadəcə qədimdən qədim “yolsuzluq”dur, bu sözün həm Azərbaycan türkcəsində olan mənasında – yollar bərbaddır! – həm Anadolu türkcəsində olan mənasında – yollar ona görə bərbaddır ki, onları işlək vəziyyətdə saxlamaq üçün ayrılan vəsait təyinatınca xərclənmir və böyük ehtimal, mənimsənilir!

Belə də əhali dağ yollarını xüsusən yağışlı-qarlı havalarda ya sovetdən qalma sınıq-salxaq“uaz” və “nivalar”la, ya da Əhəmənilər dövründən, hətta ondan da qabaqkı zamanlardan qalma nəqliyyat vasitələri olan at-eşşəklə qət etməli olur.

Onu da qeydedək ki, bayaq qazlaşma ilə əlaqədar xatırladığımız Nüçü və Lərmərud kəndlərinin yol məsələsində də naxışı gətirməyib. Bu kəndlərin əhalisi illərdir ki, yol çəkilişi əvəzinə boş vədlər görür, ildən ilə ötürülən, plandan plana salınan yolun bəxti bir dürlü açılmır. Halbuki bu iki kənd Lerik rayonunun ölkə paytaxtı Bakıya məsafəcəən yaxın kəndlərindən, Nücü bələdiyyəsi ən yaxın bələdiyyədir. Belə-belə işlər…

Kəsəsi, Lerikin və leriklilərin dərdi bir deyil, iki deyil və bir yazıya, iki yazıya sığmaz. Odur ki…

(Ardı var)
Xeberlent.az