Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Sumqayıtda bələdiyyə sədri ilə vətəndaş arasında 6000-lik torpaq qalmaqalı – ŞİKAYƏT

Tarix: 08-06-2020 14:32   
Sumqayıtda bələdiyyə sədri ilə vətəndaş arasında 6000-lik torpaq qalmaqalı
Sumqayıt şəhər 13-cü mikrorayon sakini, uzun illər həkim işləmiş Teyyub Şahbazov şəhər Bələdiyyəsinin sədri Sultan Əsədovdan şikayətçidir.

T.Şahbazov GÜNpress.az-a ünvanladığı şikayət məktubunda 2009- cu ildə Sumqayıt meşə torpağının bölüşdürülməsi zamanı Sumqayıt şəhər Bələdiyyəsinin həmin vaxtda sədr müavini işləyən Sultan Əsədova 6000 manat məbləğində pul vəsaiti verdiyini iddia edir:
"Həmin məbləği şəxsən onun özünə vermişəm və torpağın sənədləşdirilməsini istəmişəm. Bələdiyyənin torpaq xəritəsində 390 nömrə ilə 6 sot torpağın mənə verilməsi ilə bağlı qeydiyyat aparıldı. Bundan sonra mən həmin torpaq sahəsini hasarladım. Həmin vaxt dəftərxana kitabında mənə ərizə yazdırıb qeydiyyat aparmalarına baxmayaraq, sənədləşmə aparmaq üçün 4000 min manat əlavə pul tələb etdilər. Bir həkim kimi bu məbləği verməyə gücüm çatmadı. 2013- cü ildə Mirəli Məmmədovun çağırışı ilə Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə Baş idarəsində ekspert kimi işləmişəm. Həmin dövrdə torpaq sahəsinin sənədləşdirilməsini yenidən qurumdan tələb etdim. Pulu almaq şərti ilə bağ sahəsinin sənədləşdirilməsinə söz verib məni arxayın etdilər”.

O, bildirib ki, 2 dəfə hazırda Sumqayıt Bələdiyyəsinin sədri olan Sultan Əsədovun qəbulunda olub: "Birinci dəfə onunla görüşəndə mənim torpaq sahəmin heç kimə verilməyəcəyi ilə bağlı söz verdi. İkinci dəfə qəbulda olanda isə işçiləri tərəfindən aldadılaraq torpaq sahəsinin başqasının adına sənədləşdirildiyinin və bunun müqabilində 18000 manat aldığını bildirdi. Mən şikayət edəcəyimi dedim. Sultan Əsədov isə təkrarən mənə dedi ki, işçilərim məni aldadaraq sənədlərə qol çəkmişəm. Hara istəyirsən şikayət elə. Hazırda böyrək xərçəngi ilə yataqdayam S. Əsədov oğluma bildirib ki, atan xəstədir, bizə heç nə edə bilməz. Korrupsiya ilə mübarizə aparılan hazır ki, dövrdə, mənə qarşı edilən bu haqsızlığın aradan qaldırılmasında mənə köməklik etməyinizi xahiş edirəm”.

Haqqında səslənən iddialarla bağlı Sumqayıt şəhər Bələdiyyəsi iləəlaqə saxladıq. Sumqayıt Bələdiyyəsindən Xeberlent.az-a bildirildi ki, yazılanlar həqiqəti əks etdirmir. Sultan Əsədov nə 2006, nə də 2009-cu ildə nəinki Bələdiyyə sədrinin müavini, heç bələdiyyə üzvü də olmayıb”.