190 manata görə bankların önündə ajiotaj (FOTO)
Tarix: 14-05-2020 15:57
Pandemiya ilə əlaqədar işsizlərə verilən 190 manat birdəfəlik yardımın alınması sözün əsl mənasında işgəncəyə çevrilib.
Bankların qarşısında uzun və fasiləsiz növbələr yaranıb. Hazırda “Azərbaycan Beynəlxalq Bankı”nın və “Kapitalbank”ın filiallarının önündə izdiham müşahidə olunur. Müxbirimizin verdiyi məlumata görə, filialların qarşısında dəmir hasarlar çəkilib, polis əməkdaşları tərəfindən növbəyə duranlar bir-bir banka buraxılırlar.
Banklara başqa xidmətlər üçün müraciət edənlərin giriş-çıxışında hər hansı məhdudiyyət yoxdur. Lakin 190 manat alanlar ayrı növbə götürürlər və saatlarla gözləməli olurlar.
Hətta iş vaxtı bitdiyi halda ertəsi gün banka gəlmək məcburiyyətində qalırlar. Qeyd edək ki, 600 mindən çox işsizə bu yardımların ödənilməsi nəzərdə tutulub. Artıq may ayına olan ödənişlərin də verilməsinə başlanıb(Hit.az).
Seçilmişlər
Ən çox oxunanlar