Sakinlər diqqətsizlikdən narazıdır - Bəhruz Salmanov problemlərdən yazdı
Tarix: 05-02-2020 12:24
Dünən Sumqayıt şəhəri, 42-ci məhəllədə 11 saylı yataqxananın sakinlərinin dəvəti ilə onlarla görüşdük. Yaşayış şəraitilə yaxından tanış olduq.
Sakinlərin dediyinə görə, artıq 15 ildir qəzalı vəziyyətdə olan yaşayış binasına qaz verilişi dayandırılıb, elektrik xətlərində yüklənmələr olur, zirzəmi su içindədir, kanalizasiya borularında sızmalar var. Aidiyyatlı qurumlara dəfələrlə müraciət etdiklərinə baxmayaraq, heç bir tədbir görülmür. Rəhbər şəxslərin qəbuluna düşə bilməmələrindən narazı olan sakinlər elə böyük mənası olmayan diqqətin arada gəlib kosmetik işlər görməkdən ibarət olduğunu bildirdilər. Belədə təmir qısa müddətdə əhəmiyyətini itirir və tez bir zamanda bina və infrastruktur əvvəlki qəzalı vəziyyətə qayıdır.
Ümid edirəm ki, aidiyyatlı qurumlar, qurum rəhbərləri narazı vətəndaşların problemlərinə diqqət yetirəcəklər.
Biz də öz növbəmizdə sakinləri ümidsiz olmamağa, öz dövlətinə , aparılan islahatlara inanmağa, dəstək olmağa və seçkilərdə fəal iştirak etməyə səslədik.
Seçilmişlər
Ən çox oxunanlar