Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Könül İsmayılova: “10 yaşlı kiçik bir qız uşağına qarşı dəhşətli cinayəti törədənə insan deməyə adamın dili gəlmir”

Tarix: 08-01-2020 09:55   
Könül İsmayılova: “10 yaşlı kiçik bir qız uşağına qarşı dəhşətli cinayəti törədənə insan deməyə adamın dili gəlmir”
Tovuz rayonu Dondar Quşçu kənd sakinləri 10 yaşlı uşağın yandırılması hadisəsindən şoka düşüblər. Məlumata görə, azyaşlı Quliyeva Nərminin meyitini dünən axşam kənd bələdiyyə sədrinin əmisi oğlu və digər sakinlər aşkar ediblər. Onlar kənd ərazisində arxın ətrafında yanğın iyi hiss ediblər və hadisə yerinə yaxınlaşarkən qızın meyitinin yandığını görüblər. Dondar Quşçu sakinlərindən aldığımız məlumata görə, 10 yaşlı qızın belə faciəvi şəkildə öldürülməsi bütün kənd camaatını şoka salıb. Hadisənin kim tərəfindən törədildiyi heç kimə məlum deyil.

Qeyd edək ki, Quliyeva Nərmin Şərif qızı ötən il noyabrın 21-də toydan çıxıb evə gedərkən itkin düşüb. Dünən axşam isə onun yanmış meyiti tapılıb. Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hadisə sosial şəbəkə izləyicilərinin, ictimai xadimlərin də böyük qəzəbinə səbəb olub.

Müasir Müsavat Partiyasının ideoloji məsələlər üzrə sədr müavini Könül İsmayılova bizimlə söhbətində bildirdi ki, dəhşətli hadisə səbəbindən böyük üzüntü və ciddi narahatlıq içindədir: "10 yaşlı Nərmin balamıza qarşı törədilmiş bu dəhşətli cinayət böyükdən kiçiyə hamını dərindən sarsıdıb. 10 yaşlı kiçik bir qız uşağını oğurlayıb, sonra onun cəsədini boş bir sahəyə atıb yandıraraq bu dəhşətli cinayəti törədənə insan deməyə adamın dili gəlmir. Bu cinayəti törədən şəxsə ən ağır cəza verilməlidir. Nərminin yoxa çıxması və bu dəhşətli hadisənin xəbərinin yayılması ilə xüsusilə də kiçik yaşlı qızları olan minlərlə ana və ata səksəkə, narahatlıq içindədir. Nərminin faciəsi qəlbimizdə dərin bir yara açdı və heç bir zaman unudulmayacaq. Ona Allahdan rəhmət diləyirik. Nur içində yatsın gözəl bala”.