AZMİU-nun daha bir uğuru
Tarix: 04-12-2019 14:28
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsi memarlıq sahəsində bütün dünyada tanınan, nüfuzlu Britaniya Memarlarının Kral İnstitutunun (RİBA) 5 illik akkreditasiyasını alıb.
GÜNpress.az xəbər verir ki, Avropada böyük nüfuza malik RİBA kimi beynəlxalq təşkilatın akkreditasiyasından uğurla keçən AzMİU bundan sonra Kembric, London Memarlar Məktəbi, Qlazqo İncəsənət Məktəbi, eyni zamanda İspaniya, Fransa, Çin, Cənubi Koreya, Danimarka, Polşa və digər ölkələrin memarlıq təhsili verən ali məktəbləri ilə bir sırada dayanacaq. Onu da qeyd edək ki, AzMİU MDB məkanında RİBA-nın akkreditasiyasından keçən yeganə ali məktəbdir.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədovanın sözlərinə görə, rəhbərlik etdiyi universitetlə sözügedən təşkilat arasında əməkdaşlığın tarixi 2015-ci ildən başlayır.
Rektor Memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova başda olmaqla, bu işdə əməyi keçən Memarlıq fakültəsinin kollektivin bütün üzvlərinə, eləcə də layihənin koordinatoru olan Strateji inkişaf üzrə prorektor Ülkər Səttarovaya minnətdarlığını bildirib.
Seçilmişlər
Ən çox oxunanlar