Maarifləndirici sosial kampaniyaya start verilib
Tarix: 15-11-2019 15:19
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı, "ZƏFƏR" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və "Engineering for kids" MMC-nin tərəfdaşlığı ilə maarifləndirici sosial kampaniyaya start verilib.
Kampaniya çərçivəsində cəbhə bölgəsi Ağdam rayonunun düşmənlə üz-üzə son kəndi olan Ayaq Qərvənd kəndində məktəblilər üçün informasiya texnologiyalarının əsasları və sosial media marketinqi, mühəndislik və mexanika mövzuları üzrə təlim keçirilib. Təlim yekunlaşdıqdan sonra məktəblilərə sertifikat, hədiyyələr və məktəb ləvazimatları verilib. Məktəbə isə Nazirlik tərəfindən kompüter və printer təqdim edilib.
Nəzərinizə çatdırırıq ki, kampaniya çərçivəsində tədbir dünən Ağdam rayonunun Çəmənli kənd məktəbində keçirilib və eyni ilə Çəmənli kənd Məktəbinə və məktəblilərə hədiyyələr təqdim edilib.
Seçilmişlər
Ən çox oxunanlar