Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi maarifçi layihəsini yekunlaşdırdı
Tarix: 28-10-2019 15:02
Əli Cəfərov: “Təlimlər nümunəvi davranış qaydalarına yiyələnməyinizə səbəb olacaq və vətəndaş cəmiyyətinə inteqrasıyanızı asanlaşdıracaq”
Bu gün Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi paytaxtın Suraxanı rayonunda məskunlaşmış Kəlbəcər rayon 23 saylı tam orta məktəbdə “Şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirməklə yol hərəkəti qaydalarının təbliği” mövzusunda keçirdiyi təlimlərdən sonuncusunu reallaşdırdı. Xatırladırıq ki, silsilə xarakteri almış bu təlimlər Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəyərləndirib maliyyələşdirdiyi müvafiq layihə çərçivəsində baş tutmuşdur.
Layihəni yekunlaşdıran sonuncu təlim Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsilə başladı. Himnin sədaları altında sayğı duruşu başa çatdıqdan sonra söz layihənin rəhbəri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərova verildi. Layihə rəhbəri öz çıxışında bildirdi ki, yol hərəkət qaydalarının pozulması səbəbindən baş verən ağır və yüngül xəsarətli olaylar barədə məlumatlar media qurumlarında vaxtaşırı yer alsa da, onların başvermə səbəbləri və bu səbəblərin maarifçilik yolu ilə aradan qaldırılması yollarının təbliği məsələləri çox aşağı səviyyədədir: “Bizim əsas hədəfimiz yol hərəkəti qaydaları haqqında geniş məlumat verməklə sizin hər birinizi bu sahədə təbliğatçıya çevirməkdir. Düşünürük ki, maarifləndirmə yolu ilə baş verə biləcək bədbəxt hadisələrdən sizi və ətrafınızdakı insanları qoruya bilərik. Bundan əlavə təlimlərimizdə biz sizlərə yol nişanları və onların məna tutumları haqqında geniş məlumatlar verdik”.
Sonra natiq layihənin həyata keçirilməsinin bir deyil, bir neçə hədəfi olması barədə də məlumat verdi. Bu isə şagirdlərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılmasına hesablanmış çox vacib problemin çözülməsi ilə bağlı söylənilənlər idi: “Artıq arxada qalmış təlimlərimiz zamanı xüsusi diqqətə alıb həyata keçirdiyimiz işlərə bir daha sizin də diqqətlərinizi cəlb etmək istəyirəm. O zaman siz fərqinə varmadan bizim təşkil etdiyimiz təkliflər əsasında rəqabət qabiliyyətinizi ortaya qoymuş oldunuz. Baxın, hansı vasitələrlə biz buna nail olduq? Sizlər üçün kiçik səhnəciklər, qiraət müsabiqələri təşkil etdik. Siz mövzu ilə əlaqədar kiçik səhnəciklərdə, qiraət müsabiqələrində iştirak etməklə öz yaradıcılıq potensialınızı üzə çıxarmış oldunuz və onu daha da inkişaf etdirməyə can atdınız. Təlimlər nəticəsində mənimsəmiş olduğunuz bilgilər mütləq sizdə nümunəvi davranış qaydalarına gətirib çıxaracaq və vətəndaş cəmiyyətinə inteqrasıyanızı asanlaşdıracaqdır. Unutmayın ki, təlimlərimiz sizin daxili aləminizdə gizlənmiş fərdi qabiliyyətlərinizin üzə çıxarılması üçün də böyük şans mənbəyi rolunu oynayır”.
Əli müəllim öz çıxışında layihə çərçivəsində atılan addımların praktiki baxımdan da qiymətləndirilməsinin vacibliyini bildirdi: “Maarifçiliyə hesablanmış bu addımımız özü ilə digər bir maarifçilik ideyasını da gündəmə gətirməyimizlə nəticələndi. Belə ki, sizləri yalnız nəzəriyyə ilə məlumatlandırmaq hələ işin yarısı hesab olunur. Təcrübə göstərir ki, nəzəri biliklərdən fərqli olaraq, ümumiyyətlə praktiki işlər və hərəkətlilik hər bir kəsin diqqət və marağını özünə daha çox cəlb edir. Üstəlik şübhə yoxdur ki, sual-cavab, şeir müsabiqələri, səhnəciklər sizlərin yol hərəkəti qaydalarını mükəmməl öyrənməyinizlə nəticələnəcəkdir. Həvəsləndirici mükafatlar isə bu yarışları, xüsusilə də yarışlar vasitəsilə öyrəndiklərinizi sizlərin yaddaşlarınıza əbədi həkk edəcəkdir”.
Unutmaq olmaz ki, layihənin cəmiyyətimiz üçün son dərəcə vacib olan digər hədəfi də var. Bu barədə də danışan layihə rəhbəri söylədi ki, layihə çərçivəsindəki təlimlər vasitəsilə şagirdlərimiz bir sıra neqativ hallardan, zərərli vərdişlərdən də uzaqda dura biləcəklər. Bu da şübhəsiz ki, sağlam düşünən və sağlam bədənli ölkə vətəndaşlarının yetişməsində əhəmiyyətli bir amil kimi çox böyük əhəmiyyət kəsb edəcəkdir.
Sonra söz Bakı Usaq Teatırının aktyoru Mehman müəllimə verildi. O da öz çıxışında usaqlarla isləməkdən, onlara yaxşı mənada nələrisə təlqin etməkdən çox mütəəssir olduğunu bildirməklə bu təlimlərin usaqların həyatında önəmli rol oynayacağına inandığını dilə gətirdi.
Çıxışların arasında usaqlar yol hərəkəti qaydalarına aid hazırladıqları şeir və səhnəcikləri təqdim etdilər. Bundan sonra söz məktəbin direktoru Həqiqət xanım Şükürovaya verildi. Həqiqət xanım layihənin mahiyyətini çox yüksək qiymətləndirməklə yanaşı, onun reallaşdırılması üçün məhz Kəlbəcər rayon 23 saylı tam orta məktəbin seçilməsindən məmnun qaldıqlarını, təlimlər zamanı öyrənilənlərin şagirdlərin həyatında silinməz izlər buraxacağını dedi.
Çıxışlardan sonra layihə rəhbəri Əli Cəfərov təlim planına uyğun olaraq diplomları sahiblərinə təqdim etdi. O, bildirdi ki, ilk diplom məktəbin direktoru Həqiqət xanım Şükürovaya təqdim olunur. Çünki Həqiqət xanımın özü və onun rəhbərlik etdiyi kollektiv layihə icraçıları ilə çox səmimi şəkildə əməkdaşlıq edib və əllərindən gələn dəstəyi onlara əsirgəməyiblər. Bu səmimi əməkdaşlıq isə layihənin mövzusunun mənimsənilməsi ətrafında çox gözəl bir mənzərənin yaranması ilə nəticələnib. Belə ki, vətəndaş cəmiyyəti nümayəndələri və məktəb kollektivinin birgə əməkdaşlığı çox uğurlu nəticələrə nail olunması ilə yekunlaşıb.
Məktəbin direktoru diplomu aldıqdan sonra gördükləri işlərə görə Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin rəhbərliyinə minnətdarlığını bildirdi. Onun çıxışından sonra təlimin iştirakçısı olmuş bütün şadirdlərə diplomlar təqdim edildi. Sonda məktəbin dil ədəbiyyat müəlliməsi Ələskərova Səfurə qht rəhbərliyinə öz təsəkkürünü bildirdi.

Seçilmişlər
Ən çox oxunanlar