Azad Rəhimov “Olimpiya” ordeni ilə təltif olunub
Tarix: 08-10-2014 15:54
Gənclər və idman naziri Azad Rəhimov preziident İlham Əliyevin sərancamı ilə “Olimpiya” ordeni ilə təltif olunub. Təltif olunan A.Rəhimovun bu gün 50 yaşı tamam olur.
Qeyd edək ki, nazir 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. Azərbaycan Dillər Universitetinin ingilis dili fakültəsinin əyani şöbəsini bitirib. Daha sonra ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb. O, 1987-1989-cu illərdə Azərbaycan komsomolun Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 2006-cı ilədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.
Azad Rəhimov alilədir,bir övladı var.
Seçilmişlər
Ən çox oxunanlar