Sabirabadda iki nəfər qarayaraya yoluxdu - Nazirlik hərəkətə keçdi
Tarix: 09-09-2019 15:41
![Sabirabadda iki nəfər qarayaraya yoluxdu Sabirabadda iki nəfər qarayaraya yoluxdu](/uploads/posts/2019-09/thumbs/1568029206_1568028462.5362d1ba07f859728117fc6f277515b3.jpg)
Sabirabad rayonunda 34 və 26 yaşlarında iki kişi rayon mərkəzi xəstəxanasına gətirilib.
Səhiyyə Nazirliyindən GÜNpress.az-a verilən məlumata görə, həkimlər onlara qarayara diaqnozu qoyublar.
Qeyd olunub ki, hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb, artıq araşdırmalara başlanılıb.
Seçilmişlər
Ən çox oxunanlar