Hökumət borclarla bağlı qərara dəyişiklik etdi - Qərar
Tarix: 03-07-2019 10:40
Baş nazir Novruz Məmmədov Nazirlər Kabinetinin "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısının təsdiq edilməsi haqqında” və "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə” qərarlarında dəyişikliklər edib.
GÜNpress.az xəbər verir ki, "Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 13-1-ci hissəsində aşağıdakı dəyişikliklər edilib:
1.1. altıncı abzasdan "və yaranmış borcun məbləği göstərilməklə və onun ödənilmədiyi qeyd olunmaqla, tələbkarın arayışı” sözləri çıxarılsın;
1.2. yeddinci abzas aşağıdakı redaksiyada verilsin:
"Bu Siyahının 13-1-ci hissəsinin üçüncü-altıncı abzaslarında nəzərdə tutulmuş sənədlərin təqdim edilməsi mümkün olmadıqda, yaşayış sahəsinin faktiki istifadəçisi və müvafiq kommunal xidmətin göstərilməsi barədə tələbkarın arayışı.”;
1.3. aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
"Bu hissədə nəzərdə tutulan kommunal xidmətlərin istifadə edilməsi ilə bağlı istehlakçının kodu üzrə ona təqdim edilən son hesab (tələbin əhatə etdiyi dövr üzrə aylarla) və təchizatçının müvafiq informasiya sistemindən tələbin əhatə etdiyi dövr üzrə (aylarla) borcun məbləği göstərilməklə təfsilati çıxarış əlavə olaraq təqdim edilir.”.
Nazirlər Kabinetinin "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 162-ci hissəsinin ikinci abzasından "və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini” sözləri çıxarılsın və dördüncü abzası ləğv edilsin.
Seçilmişlər
Ən çox oxunanlar