Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

“Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyi Neftçala rayonunda tədbir keçirdi – FOTO

Tarix: 27-06-2019 18:41   
“Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyi Neftçala rayonunda tədbir keçirdi
“Kooperasiya haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiqi iqtisadi və xüsusilə, aqrar istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının, icra hakimiyyətlərinin, kənd təsərrüfatı mütəxəssislərinin, ictimai birliklərin üzərinə yeni vəzifələr qoymuş, onların əməkdaşlığının intensivləşməsini zərurətə çevirmişdir.

İctimai birlikdən verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, ayrı-ayrı idarə və müəssisələr qanunun tələbindən və Dövlət Proqramının müddəalarından irəli gələn işləri görməyə çalışır, ölkədə kooperasiya hərəkatının inkişafına dəstək verirlər. Bununla belə, qeyd olunmalıdır ki, dövlət orqanlarının kooperativlərin yaranmasına, inkişafına və fəaliyyətinə göstərdiyi kömək direktiv xarakterli, inzibati amirlik metodu ilə olsa, prosesə kənd əhalisinin, fermerlərin, torpaq mülkiyyətçilərinin və aqrar sahə mütəxəssislərinin dəstəyi təmin olunmasa, onun aqibəti vaxtı ilə çoxsaylı faciələrə səbəb olmuş, sonda raykomların və sədrlərin mülkiyyətinə çevrilmiş kolxozların- kollektiv təsərrüfatların aqibəti kimi olacaq.

Kəndlinin öz pay torpağından, şəxsi əmlakından, işçi qüvvəsindən, mal- qarasından və s. istifadə edərək, digər həmkarları ilə könüllü olaraq birləşib torpaqdan daha çox məhsul götürməsi və daha çox fayda əldə etməsi üçün onun dünyanın qabaqcıl aqrar ölkələrində geniş tətbiq olunan kooperasiya haqqında məlumatları bilməsi, birləşmənin qanuna uyğun təşkili və fəaliyyətin nəticələrini əvvəlcədən təsəvvür etməsi lazımdır. Kəndli fermerlər bir-biri ilə əməkdaşlıq etməli, qanunun tələblərini bilərək öz mülkiyyətini digərləri ilə könüllü olaraq birləşdirməlidirlər ki, kənd yerlərində işsizlik problemi azalsın, torpaqdan, texnikadan, toxum və gübrələrdən düzgün və səmərəli istifadə edilsin, dövlət yardımından və kreditlərdən yararlansınlar. Eləcə də, bazarlar bol məhsulla təmin olunsun, əhalinin rifahı yaxşılaşsın.

Bu məqsədlə “Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyəsi ilə “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı” barədə kəndli-fermerlərin məlumatlandırması” layihəsi çərçivəsində bir çox rayonlarda fəaliyyət göstərən fermerlər, kənd bələdiyyələrinin nümayəndələri, kənd təsərrüfat idarəsinin əməkdaşları, kənd təsərrüfat mütəxəssisləri və ziyalılar üçün təlimlər təşkil etmişdir.

Neftçala rayonunda təşkil olunan sonuncu məlumatlandırma tədbiri xüsusilə uğurla keçmişdir. Tədbiri giriş sözü ilə açan Neftçala rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Ramil Salmanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə kənd təsərrüfatının inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, bu sahədə kiçik kəndli-fermer təsərrüfatlarının iriləşdirilməsi yolu ilə uğurlu, stabil və davamlı fəaliyyət göstərən kənd təsərrüfatı kooperativlərinin rolunu qeyd etmişdir. Neftçala rayonunda proqramla bağlı görülən işlər haqqında məlumat verən Ramil Salmanov Kənd Təsərrüfatı Nazirliyinin kooperasiyanin inkişafı ilə bağlı həyata keçirdiyi işləri xüsusi qeyd etmişdir.

R.Salmanov “Kənd təsərrüfatı kooperasiyası haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul edilməsini və “Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017 2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiqini bu işin daha da vüsət almasına təkan verəcəyini bildirmişdir. “Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyinin sədri, iqtisad elmləri doktoru Həsən İsrafilov ölkəmizdə qeyri-neft sektorunun vacib sahəsi olan kənd təsərrüfatının inkişafına göstərilən qayğıdan danışmışdır. O, kooperativ hərəkatının tarixi, ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin edilməsində və iş yerlərinin yaradılmasında kooperativlərin rolu və yeri haqqında məlumat vermiş, ölkəmizdə kooperativlərin yaradılması və inkişafı üçün hüquqi və iqtisadi əsasların yaradıldığını, Prezident İlham Əliyevin ortaya qoyduğu siyası iradənin mövcud olduğunu xüsusi vurğulamışdır. H.İsrafilov kooperasiyaların müxtəlif ölkələrdə kənd təsərrüfatı məhsullarının istehsalında oynadığı rolu qeyd etmiş, konkret olaraq Türkiyə, Çin, İtaliya, Koreya, İsrail təcrübəsindən maraqlı faktlar göstərmişdir. O, bildirmişdir ki, Avropa ölkələrində mövcud olan kooperasiyalar ərzaq istehsalının təqribən 60%-nə qədərini təmin edir.

“Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyinin eksperti, hüquqşünas Aydın Kərimov “Kənd təsərrüfatı kooperasiyası haqqında” AR Qanunun məzmununu izah etmiş, kooperativlərin qanuna uyğun yaradılması və fəaliyyəti üçün görülməli olan işlərdən danışmışdır. Maliyyə məsələləri üzrə tanınmış ekspert Tofiq Həsənov kənd təsərrüfatı kooperativlərinin yaradılması və fəaliyyəti üçün zəruri olan sənədlərin hazırlanması və fermerlər arası əlaqələrin formalaşması üçün internet resuslarının rolu haqqında məlumat vermişdir, kooperativlərin maliyyə təminatı və kreditləşməsi ilə bağlı mexanizmlər haqqında danışmışdır. Fermerlər Muradxan Ağayev, Əbülfəz Ağayev, Səmədağa Səmədov və başqaları rayonda kənd təsərrüfat məhsullarının istehsalı ilə bağlı əldə etdikləri uğurlardan, eləcə də, su, kredit, gübrə, dərman preparatları, toxum və s. bağlı yaranan qarşılaşdıqları problemlərdən danışmışlar. Diskusiya şəraitində keçən tədbirdə rayonda kooperativlərin yaradılması və fəaliyyəti ilə bağlı təkliflər irəli sürülmüşdür. İştirakçılar arasında rəy sorğusu keçirilmişdir. İştirakçılara kənd təsərrüfat kooperativlərinin yaradılması və fəaliyyəti üçün zəruri olan normativ və metodiki vəsaitlər paylanmışdır.