Azərbaycanda boşanma iddiası qaldıranların çoxu kişilərdir - SƏBƏB UTANCVERİCİDİR
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi internetin Azərbaycanda tənha insanların sayının artmasına və boşanmaların çoxalmasına təsir etməsindən narahatdır.
Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, nternetin insanların həyatına, onların tənha qalmasına, eləcə də boşanmasına təsiri güclənir.
BMT-nin statistik məlumatlarına əsasən, ABŞ, Fransa, Böyük Britaniya, Rusiya və Almaniyada bağlanan nikahların 35-45 faizi, Bolqarıstan, Türkiyə, Yunanıstan və Macarıstanda isə 25-28 faizi boşanma ilə nəticələnir.
Vəkil bildirib ki, xəyanətlə iddia qaldıranların nikahlarının davam etməsinin tərəfdarı deyil:
"Qadın xəyanəti, ərini, övladlarını qoyub qaçan qadınla bağlı iddiaların tez bir zamanda həllinə çalışıram. Həll deyəndə onların barışdırılmasını nəzərdə tutmuram. Heç vaxt bu cür qadınların bağışlanmasını istəmirəm. Heç vaxt barışıq mövqeyini tutmuram, həyatım boyu da tutmayacam. Çalışıram ki, uşaqlar qadından alınıb atalarına verilsin. Bilirsiniz, baxdığım işlərdə bəzi qadınların başqa kişilərlə elə biabırçı mesajları üzə çıxır ki... Bu haqda danışmaq belə olmur”.
"Demək olmaz ki, bu qadınların hamısı cahildir. Onların bəziləri hətta oxumuş, iş sahibidirlər. Amma ağıl yoxdur. Ailəni, övladını düşünmədən xəaynətə sürüklənirlər”.