“Prezident tapşırıb ki, bütün binalara mühafizəçi qoyulsun”- Hacıbala Abutalıbov
Tarix: 20-05-2015 12:50
Bakı meri Hacıbala Abutalıbov növbəti dəfə hadisə yerinə gəlib.
“Qafqazinfo”nun əməkdaşının verdiyi məlumata görə, o, jurnalistlərə hadisə ilə bağlı açıqlama verib. Abutalıbov bildirib ki, təxribat variantı da istisna edilmir:
“Təxribat ehtimalı üzrə araşdırma aparılır. Prezident İlham Əliyev tapşırıq verib ki, bütün binalara mühafizəçi qoyulsun. Bakıda bu üzlüklə üzlənmiş 140 bina var. Hamısından nümunə götürüləcək. Ekspertizanın qərarından sonra onların sökülüb-sökülməyəcəyinə qərar veriləcək. Sabah axşam ekspertizanın rəyi bəlli olacaq. Bu binada olan üzlüklər 146 dərəcədə yanır. Amma 546 dərəcədə yanmalıdır. O material baha olduğu üçün ucuz üzlük vurublar. Ekspertiza həmin üzlüklərin insan həyatına ziyanlı olub olmaması ilə bağlı qərar verəcək”.
Daha sonra Bakı meri qeyd edib ki, faciədə 15 nəfər həlak olub, ağır vəziyyətdə olan yoxdur:
"Üç nəfər Lökbatanda, iki nəfər Masazırda, bir nəfər Qubada, bir qadın Sulutəpədə dəfn olunub. İki nəfər isə hazırda Binəqədi morqunda saxlanılır. Onların ailəsi ilə görüşüb dəfn mərasimini həll edəcəyik. Bir nəfər isə Rəsulzadə qəsəbəsində dəfn olunacaq".
***
Hazırda Hacıbala Abutalıbov Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsində bina sakinlərini qəbul edir.
Seçilmişlər
Ən çox oxunanlar