Usubov yeni yaratdığı idarəyə rəis təyin etdi
Tarix: 20-02-2015 17:38
Abşeron rayon Mühafizə Polisi İdarəsinə yeni rəis təyin olunub.
Axar.az xəbər verir ki, Daxili İşlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə polkovnik-leytenant Arif Məmmədov Abşeron rayon Mühafizə Polisi İdarəsinin rəisi təyin olunub.
Arif Məmmədov Bakı Mühafizə İdarəsinin təşkilati inspeksiya idarəsində inspektor vəzifəsində çalışıb. O, daha əvvəl də 6-cı bölmənin rəisi olub. Abşeron Mühafizə İdarəsinin strukturunda da dəyişiklik edilib. Belə ki, Mühafizə İdarəsində rota ləğv edilib.
Xatırladaq ki, Ramil Usubov ötən həftə verdiyi əmrlə Abşeron rayon Mühafizə Şöbəsinin statusunu artıraraq idarəyə çevirmişdi və şöbənin rəisi Oqtay Dilavərov işdən azad olunmuşdu.
Seçilmişlər
Ən çox oxunanlar