Prezident sərəncam verdi; Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri, Arif Əsgərov isə nazir müavini oldu
Tarix: 09-02-2015 21:11
Azərbaycan Prezidenti İlham Əliyev Arif Nəriman oğlu Əsgərovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Gunpress.az-ın məlumatına görə Dövlət başçısının digər sərəncamı ilə A.Əsgərov Azərbaycan nəqliyyat nazirinin müavini təyin edilib.
Həmçinin, Prezident İlham Əliyev Cavid Qəmbər oğlu Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Dövlət başçısının bir başqa sərəncamı ilə C.Qurbanov “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.
Seçilmişlər
Ən çox oxunanlar