Ramil Usubov istintaqın rəisini vəzifəsindən azad etdi
Tarix: 04-02-2015 11:10
Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi işdən çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, polis-polkovniki Əhəd Mirzəli Daxili işlər naziri Ramil Usubovun əmri ilə vəzifəsindən azad olunaraq Bakı Şəhər Baş Polis İdarəsinə müstəntiq vəzifəsinə göndərilib. Onun yerinə Sabunçu RPİ-nin istintaq şöbəsinin rəisi Vüqar Əhədov təyin olunub.
Qeyd edək ki, Vüqar Əhədov Xətainin yeni rəisi Muradəli Babayevin qohumudur. Onların hər ikisi İmişli rayonundandır.
Seçilmişlər
Ən çox oxunanlar