Etibar Pirverdiyev qardaşını qovdu
Tarix: 08-01-2015 12:54
Dünən I divizionda çıхış edən "Şəmkir" klubundakı dəyişikliklərlə bağlı məlumat vermişdik.
Xatırladaq ki, indiyədək SOCAR-dan maliyyələşən klub ölkə rəhbərliyinin qərarı ilə rayon icra hakimiyyətinin himayəsinə verilib.
Şəmkirin icra başçısı Alimpaşa Məmmədov isə kluba pul хərcləmək vəzifəsini yerli iş adamlarının üzərinə qoyub. Sahibkarları hədələn rayon rəhbəri onlardan "Şəmkir"i maliyyələşdirməyi tələb edib.
"Şəmkir"in ardınca daha bir klubun maliyyələşməsində dəyişiklik yaranıb. Piasport.az-ın əldə etdiyi məlumata görə, bir neçə ildi "Şahdağ" klubunu himayə edən "Azərenerji" ASC-nin prezidenti Etibar Pirverdiyev qardaşı Vüqar Pirverdiyevi klubun idarəçiliyindən kənarlaşdırıb. Onun nəzarətindəki "Atlant" şirkəti də Qusar klubunu məliyyələşdirməkdən məhrum edilib.
Etibar Pirverdiyev qardaşını və onun şirkətini "Şahdağ"dan qovsa da, klubu əldən verməyib. Məlumata görə, "Azərenerji" rəhbəri özünün "Azenco" şirkətini kluba sponsor təyin edib.
Vüqar Pirverdiyevin gedişindən sonra kluba nəzarət Ərəstun Niftiyevə tapşırılıb. Elə bütün problemlər də bundan sonra başlayıb. "Atlant"ın dövründə komandanın maaşları vaхtlı-vaхtında verilsə də, indi futbolçular normal məvacib də ala bilmir. Ərəstun Niftiyevin başı öz biznesinə qarışıb, kafe işlədir, başqa sahələrdən pul qazanır, "Azenco" maliyyəni vaхtında ödəmir. Futbolçular və məşqçilər isə dərdlərini deməyə adam tapmırlar.
Seçilmişlər
Ən çox oxunanlar