Bərdədə polisi yandırdılar- Üzərinə benzin tökdülər+yenilənib
Tarix: 03-12-2014 15:52
Bərdə rayonunda yol polisi əməkdaşı yandırılıb. "Gunpress.az" xəbər verir ki, bu barədə aktual.az-a rayondakı mənbə məlumat verilib.
Mənbənin bildirdiyinə görə, adı məlum olmayan rayon sakini Bərdə Rayon Yol Polisi Bölməsinin əməkdaşı Aqil Quliyevin üzərinə benzin tökərək od vurub.
Bərdə Rayon Polis Şöbəsindən faktı təsdiqləyiblər.
Şöbədən onu da bildiriblər ki, iş Bərdə Rayon Prokurorluğunda araşdırılır.
***
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Aqil Quliyev iş başında olarkən hadisə baş verib. Belə ki, A. Quliyev sürücünün maşınını saxlasa da, sərxoş sürücü onun üzərinə benzin tökərən yandırıb. Polis əməkdaşının əlinin üstü yanıb və yüngül yanıq xəsarəti alan Quliyev bu barədə rayon prokurorluğuna məlumat verib.
Seçilmişlər
Ən çox oxunanlar