Prezidentin müşavirinə yeni vəzifə verildi
Tarix: 28-11-2014 21:57
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 19 noyabr tarixli Sərəncamı ilə təyin edilmiş Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin ilk iclası keçirilib.
Gunpress.az AzərTAc-a istinadən xəbər verir ki, Şuranın əksər üzvlərinin iştirak etdiyi iclasda Himayəçilik Şurası sədrinin seçilməsi və perspektiv işlərlə bağlı müzakirələr aparılıb.
Şura üzvləri çıxışlarında Prezident İlham Əliyevə onlara göstərdiyi böyük etimada görə minnətdarlıqlarını ifadə edib və Şuranın sədrliyinə namizəd irəli sürüblər.
İclas iştirakçılarının yekdil qərarı ilə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla Himayəçilik Şurasının sədri seçilib.
Seçilmişlər
Ən çox oxunanlar