Ermənistan 200-ə yaxın hərbçisini itirib
Tarix: 13-09-2022 15:15
"Azərbaycan Ordusu erməni təxribatlarına cavab olaraq düşmənə kifayət qədər güclü zərbə endirib. Düşmənin itkiləri 150-200 nəfər arasında dəyişir".
Bunu hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, Ermənistan-Azərbaycan sərhədində yerləşən bir neçə Ermənistan hərbi hissəsi darmadağın edilib.
"Düşmən bəzi mövqelərdə əsgərini qoyaraq geri qaçıb. Düşmənin itkilərinin sayı getdikcə arta bilər. Düşmənə yarım milyarddan çox zərər vurulub. Ordumuz bizə qarşı təxribat törədən bir neçə döyüş mövqeyini də təmizləyib, həmin ərazilərdə Azərbaycan Ordusunun qəhrəman əsgərləri yerləşdirilib".
Ekspert qeyd edib ki, Azərbaycan Ordusu düşmən təxribatlarının qarşısını almaq üçün kifayət qədər effektiv və təsirli tədbirlər görməkdə davam edir.
"Yaranmış gərgin vəziyyətə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Baş verən proseslər onu göstərir ki, Azərbaycan-Ermənistan arasında bufer zonanın yaradılması mütləq zərurətdir. Azərbaycan tərəfi Ermənistanı sülhə məcbur etmək və bu ölkədə baş qaldıran revanşist ideyaların məhv edilməsi üçün əlində olan vasitələrdən bundan sonra istifadə edəcək".
Seçilmişlər
Ən çox oxunanlar