"Böhran baş verəcək, hazır olmalıyıq" - Mikayıl Cabbarov
Tarix: 01-08-2022 12:12
"Gələcəkdə yüksək qiymətlərdən sonra böhranlar da baş verəcək və bu qaçılmazdır".
GÜNpress.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib. Onun sözlərinə görə, nə vaxt baş verəcəyini bilməsək də, buna hazır olmalıyıq və öz planlamalarımızı da buna görə hazırlayırıq.
"Aşağı qiymətlər də olacaq. Bu və ya digər məhsulun, malın qiymətinin aşağı düşməsi də müşahidə olunacaq. Vacib olan odur ki, biz istər müsbət konyukturada, istərsə də mənfi konyukturada öz sabitliyimizi, dayanıqlılığımızı saxlayaq", - M.Cabbarov qeyd edib.
Seçilmişlər
Ən çox oxunanlar