Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Ən çox oxunanlar
Psixoloq məsləhəti
Xəbər lenti
25-03-2024, 21:30

25-03-2024, 21:27

19-03-2024, 16:35

16-03-2024, 21:50

16-03-2024, 21:48

16-03-2024, 12:41

15-03-2024, 14:30

13-03-2024, 13:11

5-03-2024, 21:04

5-03-2024, 20:07

4-03-2024, 13:34

4-03-2024, 13:30

29-02-2024, 12:15

24-02-2024, 16:23

23-02-2024, 20:05

20-02-2024, 16:28

20-02-2024, 16:06

20-02-2024, 10:59

20-02-2024, 10:47

19-02-2024, 15:57

19-02-2024, 15:52

16-02-2024, 15:24

16-02-2024, 15:23

16-02-2024, 15:04

15-02-2024, 09:49

13-02-2024, 16:54

13-02-2024, 16:51

9-02-2024, 12:21

8-02-2024, 17:25

8-02-2024, 17:24

7-02-2024, 15:15

7-02-2024, 15:09

7-02-2024, 15:08

1-02-2024, 11:50

29-01-2024, 22:22

29-01-2024, 20:11

29-01-2024, 20:06

22-01-2024, 21:56

17-01-2024, 22:34

17-01-2024, 21:10

29-12-2023, 17:59

29-12-2023, 17:57

29-12-2023, 17:56

29-12-2023, 17:55

28-12-2023, 18:02

27-12-2023, 17:54

26-12-2023, 10:01

20-12-2023, 15:48

20-12-2023, 15:46

20-12-2023, 15:44

18-12-2023, 20:14

16-12-2023, 20:28

16-12-2023, 20:24

11-12-2023, 12:54

8-12-2023, 14:43

7-12-2023, 12:59

6-12-2023, 16:38

6-12-2023, 16:23

4-12-2023, 15:00

30-11-2023, 16:28

30-11-2023, 16:24

30-11-2023, 13:38

28-11-2023, 16:05

28-11-2023, 16:02

18-11-2023, 16:11

18-11-2023, 16:04

14-11-2023, 16:04

14-11-2023, 15:58

Vəzifəli şəxslərin polis rəisi olan övladları - SİYAHI

Tarix: 29-10-2014 13:58   
Vəzifəli şəxslərin polis rəisi olan övladları - SİYAHI
Nazirlər, komitə sədrləri, icra başçıları kimi yüksək çinli məmurlarının qohumları, övladları haqda tez-tez mətbuatda məlumatlar tirajlanır, onların gündəlik həyatı, tutduğu vəzifələr insanlar arasında müzakirə mövzusuna çevrilir.

Müşahidə etsək görərik ki, ölkəmizdə məmur övladlarının böyük hissəsi polis və prokurorluq orqanlarında çalışırlar. Belə nəticəyə gəlmək olar ki, adi insanlar kimi məmurların bir çoxu da övladlarını hüquq mühafizə orqanlarında görməyi arzulayır.

Bu günlərdə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi Vüsal Qaraşov Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə rəis təyin olunub. Yeni təyinat alan polis polkovnik-leytenantı V.Qaraşov Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun oğludur.

İşdən azad olunan 8-ci Polis Bölməsinin rəisi Yaşar Həsənov isə Hava Nəqliyyatında Polis İdarəsinin sabiq rəisi Münasib Həsənovun oğludur.

Müdafiə sənayesi naziri Yavər Camalovun oğlu və qardaşı oğlu hüquq mühafizə orqanlarında çalışır. Nazirin oğlu Elşən Camalov Nizami rayonunda mühafizə polisinin rəisi vəzifəsində çalışır.

Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsinin rəsi Namiq Camalov isə Y.Camalovun qardaşı oğludur.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun oğlu Emin Həsənov da polis orqanlarında çalışır. "Qaçqınkom” sədrinin oğlu zabit kimi məsul vəzifə tutur.

Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovunoğlu Rauf Əhmədov Xətai Rayon Məhkəməsində hakimdir. Keçmiş rəisin oğlu 2001-2004-cü illərdə Respublika Apellyasiya Məhkəməsində iclas katibi vəzifəsində çalışıb.
2004-2007-ci illərdə isə Respublika Apellyasiya Məhkəməsinin İcra şöbəsində icra məmuru işləyib. Daha sonra 2007-2010-cu illərdə Bakı Apellyasiya Məhkəməsinin İcra şöbəsində böyük icra məmuru vəzifəsini tutub. Rauf Əhmədov 2010-cu ildə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyinat alıb. O, hazırda da həmin vəzifədə çalışır.

Keçmiş Təhsil naziri Misir Mərdanovun oğlu Rizvan Mərdanov polis zabitidir.

Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarovanın oğlu Ramin Babayev bir vaxtlar prokukorluq orqanlarında çalışıb.R.Babayev əmək fəaliyyətinə 1996-cı ilin noyabr ayından başlayıb, Səbayel rayonu prokurorunun köməkçisi, 2000-ci ildə Bakı şəhəri Prokurorluğunda Gömrük və vergiyə nəzarət şöbəsində prokuror vəzifələrində çalışıb. 2001- ci ildə Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində müstəntiq, 2003-ci ildə Enerji gömrük idarəsində Qaçaqmalçılıq və gömrük qaydalarının pozulması şöbəsinin rəisi vəzifəsində işləyib və polkovnik-leytenant rütbəsi alıb. 2007-2012-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğunda Beynəlxalq əlaqələr idarəsinin prokuroru işləyib. Sonrada vəzifəsində uzaqlaşıb. Hazırda Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəisi vəzifəsində çalışır.

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu Fuad Məmmədov Baş Narkotiklərlə Mübarizə İdarəsinə rəis müavinidir.

Həmçinin nazirin qohumuArzuman Əliyev DİN Pasport İdarəsinin rəisi vəzifəsində işləyir.

Millət vəkili Aqil Abbasın oğlu Tuncay Abbasov da yüksək çinli polis əməkdaşıdır. T.Abbasov Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin rəisidir.

Bir il öncə Sabunçu RPİ-nin 12-ci Polis Bölməsinin rəis müavini Rəşad Əhmədzadə 6-cı Polis Bölməsinə rəis təyin olunub. Rəis müavini vəzifəsindən 6-cı Polis Bölməsinə rəisi vəzifəsinə təyin olunan R.Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin oğlu və Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşı oğludur.

Yasamal rayon Yol Polis şöbəsinin rəisi Elşad Məmmədov Milli Məclisin üzvü, deputat Elman Məmmədovun oğludur.

Qaradağ rayon 10-cu polis bölməsinin rəisi Xəlil Bayramov isə Şuşa rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərovun oğludur.

Xətai rayon 34-cü polis bölməsinin sabiq rəisi İsfəndiyar Mehbalıyev Həmkarlar İttifaqı Konfederasiyasının rəhbəri Səttar Mehbalıyevin oğludur. Sonradan Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsinin bazası əsasında Pirallahı rayon Polis Şöbəsi yaradılıb və İ.Mehbalıyev ora polis rəisi təyin edilib. O, polisə keçənə qədər Nərimanov rayon prokurorunun müavini işləyib. Lakin 2006-cı ildə prokurorluq orqanlarından uzaqlaşıb…

Bu ilin may ayında Cəmil Əmirov Oğuz rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. C.Əmirov buna qədər Yasamal rayon 26-cı polis bölməsinin rəisi olub. O, Vergilər nazirinin birinci müavini Natiq Əmirovun qardaşıdır(azvision.az).


{sape_links}{sape_article}