Nazirlə icra başçısının fəaliyyətin yoxlanılacaq
Tarix: 23-10-2014 16:37
Hesablama Palatasının Kollegiya iclası keçirilib. Hesablama Palatasının 2014-cü il oktyabr ayının 21-də keçirilən Kollegiya iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekologiya Monitorinq İdarəsinə və Nazirliyin Dövlət Ekspertiza İdarəsinə dövlət büdcəsindən ayrılan və büdcədənkənar (xüsusi) vəsaitlərin, eləcə də, Dövlət Ekspertiza İdarəsi tərəfindən büdcədənkənar (xüsusi) vəsaitlərin və dövlət rüsumlarının hesablanması və ödənilməsinin qanunvericiliyə uyğunluğuna, həmçinin dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən Ağdaş rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara ayrılan vəsaitlərin istifadəsinə dair audit tədbirlərinin nəticələri barədə Hesabat və Rəylər geniş müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Müvafiq zəruri tədbirlərin görülməsi və nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya Qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.
Kollegiyada, eyni zamanda, Bakı şəhər İcra Hakimiyyətinin Reklam və İnformasiya İdarəsinin maliyyə-təsərrüfat əməliyyatlarının, eləcə də, dövlət gəlirlərinin yığılmasının və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğuna dair Audit proqramı müzakirə edilərək təsdiq olunmuş, cari məsələlərə baxılıb.
Seçilmişlər
Ən çox oxunanlar