Baş nazir bu qadağanı ləğv etdi - QƏRAR
Tarix: 01-09-2020 15:03
Nazirlər Kabineti “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” 2020-ci il 14 fevral tarixli 42 nömrəli qərarında dəyişiklik edib.
Nazirlər Kabinetindən GÜNpress.az-a verilən məlumata görə, Baş nazir Əli Əsədovun imzaladığı sənədə əsasən, Qərarın qüvvədə olma müddəti sentyabrın 1-dən noyabrın 1-dək uzadılıb.
Eyni zamanda “Yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı” üzrə 5-ci sətrin “Malın adı” sütununda “3001 və 3006 mal mövqelərində” sözləri “3001, 3006 mal mövqelərində və 3005 90 100 0 alt yarımmövqeyində” sözləri ilə əvəz edilir; 12-ci sətrin “Malın adı” sütunundan “maskalar və” sözləri çıxarılır.
Seçilmişlər
Ən çox oxunanlar