Ramil Usubovla Kəmaləddin Heydərov saziş imzaladılar
Tarix: 21-10-2014 12:08
Azərbaycan və Qətər "Milipol Qətər 2014" Beynəlxalq Dövlət Təhlükəsizliyi Sərgisi çərçivəsində təhlükəsizlik əməkdaşlığına dair iki saziş imzalayıb.
Gunpress.az Trend-ə istinadən xəbər verir ki, ilk saziş Azərbaycanın daxili işlər naziri Ramil Usubov və Qətərin İctimai Təhlükəsizlik İdarəsinin rəisi Saad bin Casim əl-Xuleifi tərəfindən imzalanıb. Sənəd narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə, polislər üçün təlimlərin keçirilməsi və məlumat mübadiləsini nəzərdə tutur.
İkinci saziş Azərbaycanın fövqaladə hallar naziri Kəmaləddin Heydərov və Qətərin Daxili Təhlükəsizlik Qüvvələri İdarəsinin rəisi Briqadir Fahad Raşed əl-Əli tərəfindən imzalanıb. Sənəd təhlükəsizlik təlimlərinin və məlumat mübadiləsinin artırılması, həmçinin Qətərin daxili təhlükəsizlik qüvvələri üçün yüksəksəviyyəli təlimlərin keçirilməsini nəzərdə tutur.
Seçilmişlər
Ən çox oxunanlar