Məleykə Abbaszadədən abituriyentlərə xəbərdarlıq - “Kimsə düşünməsin ki, maska taxıb...”
Tarix: 01-06-2020 11:38
“Kimsə düşünməsin ki, maska taxıb imtahan zalına telefon keçirə biləcək. Çünki qapıda ciddi yoxlama prosesi olacaq”
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.
O bildirib ki, abituriyentlər və valideynlərin qeyd olunan saatda binaların önünə gəlməsi vacibdir: “Kimsə gec gəlməsin ki, binanın həyətində sosial məsafə prinsipi pozulsun”.
DİM sədri əlavə edib ki, kimin hərarəti olsa, o, imtahana buraxılmayacaq:
“Hər imtahan binasının yanında təcili yardım maşını olacaq. Səhhətində ciddi problemi olan şəxslərə dərhal yerində baxılacaq”.
Seçilmişlər
Ən çox oxunanlar