Vilayət Eyvazov Məmmədovu DYP rəisi TƏYİN ETDİ
Tarix: 14-11-2019 11:31
Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.
GÜNpress.az Report-a istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis baş leytenantı Məmmədov Vüqar Tapdıq oğlu Qazax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, əvvəlki rəis, polis mayoru Həsənov Eldəniz Maksim oğlu bir müddət əvvəl Göygöl Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin rəisi təyin olunub.
Seçilmişlər
Ən çox oxunanlar