Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Xırdalanda şoka düşən xəstəyə təcili yardım maşını tapılmadı - SƏSYAZISI

Tarix: 12-11-2019 13:03   
Xırdalanda şoka düşən xəstəyə təcili yardım maşını tapılmadı
Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasında xəstəyə göndərməyə maşın tapılmayıb.
Bu barədə jurnalist Famil Fərhadoğlu(İbrahimov) məlumat verib. O, xəstənin həyatına laqeyd yanaşan Təcili Tibbi Yardım stansiyasının əməkdaşlarının cəzalandırılmasını istəyib:
"Dünən noyabr ayının 11-i saat 22:26 radələrində həyat yoldaşım antibiotik dərman qəbul etdiyi üçün alerqik reaksiya vermişdi.Tənəffüsündə kəskin problem yaranmışdı, ürək döyüntüləri artmışdı, əlləri yığılmağa başlamışdı.Xırdalan şəhərində kirayədə yaşadığım üçün(özüm Bakı şəhərində qeydiyyatdayam) ərazi üzrə Abşeron rayon Təcili Tibbi Yardım stansiyasına zəng etdim.Vətəndaşa qarşı gördüyüm biganə münasibət məni sarsıtdı.Deməli dispetçer həkimə dərdimi deyirəm, o da yanındakılardan soruşur.Bu da qalsın bir tərəfə.Dəstəyi götürən digər xanım işçi bildirir ki, hazırda maşınlarımız çağırışdadı, maşın yoxdur.Özünüz xəstəni aparın.Məsləhət gördülər ki, Ak. M. Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanaya müraciət edək.Sonra xəstəni taksi tutaraq aparmışam deyilən xəstəxanaya.Orada da xəstəyə biganə münasibətin şahidi oldum.Hər tibb işçisi bir söz dedi.Sonra bir əlil arabası verdilər ki, xəstəni reanimasiyaya aparın.Liftə minəndə xanım işçi qeyd elədi ki, sizə burada yardım göstərə bilməyəcəklər.Ən yaxşısı gedin Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsinə.Yenidən bir taksi tutub (Xəstəxananın həyətində təcili Tibbi Yardım avtomobili olduğu halda) deyilən xəstəxanaya getdim.Sağ olsunlar ki, Kliniki Tibbi Mərkəzin Taksikologiya şöbəsində lazımı tibbi yardım göstərildi.Mənə maraqlı olan odur ki, mənim həmin vaxt üstümdə pul olmasaydı mən xəstəmi necə maşın tutub aparacaqdım xəstəxanaya?Ya maşın tapıb xəstəmi xəstəxanaya çatdıra bilməsəydim nə olacaqdı?Bu vətəndaşa qarşı necə biganə münasibətdir?
Bu gün səhər isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9103 "Qaynar xətti"nə zəng edib məlumat verdim.Sonra guya araşdırıb mənə cavab dedilər ki, həmin vaxt zəng edəndə maşın olmayıb.Sonradan da guya mənə zəng ediblər mən Təcili Tibbi Yardım maşınından imtina etmişəm.Halbuki elə bir məsələ olmayıb.İndi xahiş edirəm həmin təcili tibbi yardım stansiyasının vətəndaşa laqeyd yanaşan tibbi personalı cəzalandırılsın."