Ermənilər Qazaxda bir neçə kəndimizi atəşə tutdu, cavab zərbəsi endirildi - Rəsmi xəbərdarlıq
Tarix: 30-10-2019 15:27
Oktyabrın 29-da axşam saatlarından başlanılmaqla Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin bölmələri Qazax rayonunun bir neçə kəndi və Azərbaycanın sərhəd döyüş mövqeləri istiqamətində atəşkəs rejimini davamlı surətdə pozub.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən GÜNpress.az-a verilən mlumata görə, bütün hallarda düşmən bölmələrinin atəş nöqtələri cavab atəşilə susdurulub.
"Eyni zamanda bildiririk ki, atəşkəs rejiminin Azərbaycan tərəfindən pozulması barədə Ermənistan mətbuatının məlumatları həqiqətə tam ziddir, hərbi qulluqçularımız tərəfindən qarşı tərəfin təxribatına cavab olaraq düşmən mövqelərinə doğru atəş açılıb, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq yaşayış məntəqələri istiqamətində və mülki şəxslərə qarşı silah tətbiq olunmayıb".
Seçilmişlər
Ən çox oxunanlar