“Ekologiya postu”nda saatlarla davam edən tıxac - FOTO
Tarix: 21-10-2019 20:43
Günün pik saatlarında Bakı-Sumqayıt yolunda 2-3 km uzunluğunda sıxlıq və tıxac müşahidə olunur.
Səhər saatlarında şəhər istiqamətində, gecə saatlarında isə şəhərdən çıxış ərazilərində bu cür mənzərə yaşanır. Bu, mənzil başına tələsən vətəndaşlarda ciddi narazılığa səbəb olur.
İnsanlar saatlarla tıxaclarda qalmalı olurlar. Xüsusən də tıxac Dövlət Yol Polisinin “Ekologiya postu” ərazisində baş verir.
Görəsən illərdir yaşanan bu problemə “Ekologiya postu”nun əməkdaşları niyə belə biganə yanaşır? Bu biganəlik və işlərinə məsuliyyətlə yanaşma olsaydı hər halda ərazidə tıxac problemi yaranmazdı. Günün başqa vaxtları yolda var-gəl edən yol polisi əməkdaşları pik saatlarda gözə dəymir.
Hər halda müşahidələrimiz bunu deməyə əsas verir.
Qeyd edək ki, bu yaxınlarda sözügedən posta polis mayoru Mərdan Mehdiyev rəis təyin olundu.
Posta yeni rəisin gəlişi ilə nəyinsə dəyişəcəyinə ümid etmək olardı.
Amma gözlənilən baş vermədi…
Unikal.org
Seçilmişlər
Ən çox oxunanlar