Novruz Məmmədov gedir, yerinə o gətirilir
Tarix: 08-10-2019 11:47
Azərbaycanın Baş naziri Novruz Məmmədov istefa verəcək.
Günpress.az Unikal.org-a istinadən xəbər verir ki, oktyabrın 8-də N. Məmmədov bununla bağlı istefa ərizəsi yazaraq tutduğu postu tərk edəcək.
Onun yerinə isə Azərbaycan Respublikası Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov təyin olunacaq.
Xatırladaq ki, Novruz Məmmədov 2018-ci il aprel ayından Baş Nazirdir.
***
Milli Məclisin bu gün saat 12:00-da keçiriləcək iclasında “Əsədov Əli Hidayət oğlunun Azərbaycan Respublikasının Baş Naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında” məsələ müzakirə ediləcək.
Seçilmişlər
Ən çox oxunanlar