Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

Rəsmi Bakı Ermənistanı “riyakarlıq”da ittiham etdi

Tarix: 05-10-2019 21:14   
Rəsmi Bakı Ermənistanı “riyakarlıq”da ittiham etdi
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Prezidentinin “Valday” Beynəlxalq Diskussiya Klubundakı çıxışı ilə əlaqədar yaydığı açıqlamaya münasibət bildirib.

Leyla Abdullayeva deyib: “Əvvəlcə onu vurğulamaq istərdim ki, Azərbaycan Respublikasının Prezidenti “Valday” beynəlxalq toplantısında çıxışı zamanı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı tarixi həqiqətləri və Ermənistan tərəfinin əsassız iddialarına cavabı tam aydın və konkret şəkildə ifadə etdi. Ermənistan tərəfinin tez-tez səsləndirdiyi və guya ki, Dağlıq Qarabağın sovet dövründə Azərbaycana verilməsi ilə bağlı tamamilə yalan bəyanatlarına cavab olaraq, Bolşevik partiyasının Qafqaz bürosunun 1921-ci il 5 iyul tarixli qərarına istinad edilərək, burada Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanması barədə qərar verildiyi, ermənilərin yalandan iddia etdiyi kimi, heç də “Dağlıq Qarabağın Azərbaycana verilməsi” ifadəsinin işlədilmədiyi qeyd olundu. Dağlıq Qarabağın tarixi Azərbaycan torpağı olması, ölkəmizin ayrılmaz hissəsi olması ilə bağlı tam həqiqət dövlətimizin başçısı tərəfindən qəti şəkildə ifadə edildi.

Ermənistan siyasi rəhbərliyinin son zamanlar münaqişənin həlli üzrə yeni formula kəşfi kimi qələmə verməyə çalışması və bu xüsusda, “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətməsi ilə əlaqədar qeyd etmək istərdik ki, dövlətimizin başçısı tərəfindən “Dağlıq Qarabağ xalqı” anlayışının olmadığı, Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisinin olduğu tam əsaslı şəkildə “Valday” beynəlxalq forumunda vurğulandı.

Münaqişənin həlli üzrə uzun illərdir ki, aparılan danışıqların əsas prinsipləri və elementləri hamıya bəllidir və onlar, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatlarında, o cümlədən bu ilin 9 mart tarixli bəyanatında açıq şəkildə ifadə olunub. Hər hansı yeni və əsası olmayan “kəşflər” prosesin irəli aparılmasına heç də yardımçı olmur, xüsusilə də əgər burada söhbət faktları və mövcud həqiqətləri məqsədyönlü şəkildə təhrif etməkdən gedirsə. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin münaqişədən əvvəl birgə yaşayan azərbaycanlı və erməni əhalisi var, burada hər hansı “xalq” anlayışını işlətmək yalnız özü-özünü aldatmaqdır. Çünki belə bir anlayış mövcud deyil.

Erməni terror təşkilatı “ASALA”nın rəhbərlərindən biri olan Monte Melkonyanı milli qəhrəman elan edərək, terrorçuların dövlət səviyyəsində qəhrəmanlaşdırılması siyasətini aparan Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ və ətraf bölgələrinin işğalı zamanı mülki əhaliyə qarşı törətdiyi vəhşiliklər bütün beynəlxalq ictimaiyyətə bəllidir. 1992-ci il Xocalıda dinc sakinlərə qarşı törədilmiş soyqırımı, 2011-ci ildə 9 yaşlı Fariz Bədəlovun snayperlə öldürülməsi, 2012-ci ildə 14 yaşlı Aygün Şahmalıyevanın “oyuncaq tələsi” ilə qətlə yetirilməsi, 2016-cı ilin Aprel döyüşləri zamanı Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhalinin və mülki obyektlərin məqsədyönlü şəkildə hədəfə alınması və 6 nəfər mülki şəxsin həlak olması, 2017-ci ilin iyul ayında 2 yaşlı körpə Zəhranın və nənəsinin qətlə yetirilməsi, bir neçə gün öncə dövlət sərhədinə yaxın ərazidə ekskavator sürücüsünün öldürülməsi və digər bu kimi vəhşiliklər Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi işğal və terrorçuluq siyasətinin bariz nümunələridir. Mülki azərbaycanlıların qəsdən hədəfə alınması və qətlə yetirilməsi Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi siyasətdir. Bu siyasətin əsasını etnik nifrət, irqi ayrı-seçkilik və ksenofobiya təşkil edir.

Ermənistan tərəfindən Azərbaycana qarşı təcavüzkar siyasətin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəni və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, habelə Ermənistan ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin məhv edilməsi siyasəti əslində yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri sivilizasiyaya qarşı törədilən bir vəhşilikdir.

Bütün bu qeyd edilənlər fonunda Ermənistan rəhbərliyinin nə dəyərlərdən, beynəlxalq öhdəliklərdən, nə də demokratiyadan danışmağa heç bir haqqı yoxdur. Bolşevik diktaturasına bənzər şəkildə inqilabi diktatura rejimi qurulan Ermənistanda hər hansı demokratiyadan danışmaq gülüncdür.

Ermənistanın müdafiə nazirinin “yeni müharibələr, yeni ərazilər” deyə bəyanatla çıxış etməsi, digər yüksək vəzifəli rəsmi şəxsin bir qarış Azərbaycan torpağı azad edilməyəcək deməsi, baş nazirin isə Azərbaycan ərazilərinin anneksiyasına çağırması halında, Ermənistan XİN-in “xalqların sülhə hazırlanmasından” danışması riyakarlıqdan başqa bir şey deyildir. İlk növbədə, Ermənistan rəhbərliyinin sülhə hazırlanmasına ehtiyac vardır.

Münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun aktı, beynəlxalq hüququn norma və prinsipləri əsasında Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir.

“Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi”. Ermənistan BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edərək Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı və azərbaycanlı məcburi köçkünlər öz doğma torpaqlarına qayıtmalıdır.

Ermənistanın siyasi rəhbərliyi yalançı, populist və demaqoqik düsturlara vaxt sərf etmək əvəzinə, münaqişənin həlli ilə bağlı real addımlar atmalıdır”.