MSK Rafael Cəbrayılovun deputat mandatına xitam verdi
Tarix: 02-10-2019 16:30
Mərkəzi Seçki Komissiyası (MSK) deputat mandatından imtina edən Rəfael Cəbrayılovun müraciətinə baxıb.
Qurumun bu gün keçirilən iclasında Milli Məclisin R.Cəbrayılovla bağlı müraciəti səsə qoyulub. Səsvermə nəticəsində Rəfael Cəbrayılovun deputat səlahiyyətlərinə xitam verilib.
Yerli mətbuatda yayılan xəbrlərə görə, R.Cəbrayılov külli miqdarda pul borcuna - 300 min dollara görə III və IV çağırış Milli Məclisin vəsiqələrini girov qoyub. Bu məsələ ətrafında yaranmış qalmaqaldan sonra Rafael Cəbrayılov mandatdan imtina edərək, parlamentə müraciət ünvanlamışdı.
Parlament isə məsələyə baxılması üçün MSK-ya müraciət etmişdi...
Seçilmişlər
Ən çox oxunanlar