Nazirdən yeni rəis - Təyinatı
Tarix: 27-09-2019 12:51
Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Gədəbəy rayon Polis Şöbəsi İstintaq Qrupunun rəisi polis mayoru İbrahim Hüseynov vəzifəsindən çıxarılaraq, həmin qrupun baş müstəntiqi təyin edilib.
GÜNpress.az xəbər verir ki, bu barədə Unikal.org-a Gədəbəy rayon Polis Şöbəsindən məlumat verilib.
Nazirin digər əmri ilə polis kapitanı Bərzani Abbasov Gədəbəy rayon Polis Şöbəsi İstintaq Qrupunun rəisi təyin edilib.
Seçilmişlər
Ən çox oxunanlar