Ramil Usubovdan Təhlükəsizlik Şurasında ilk dəyişiklik - Yeni təyinat
Tarix: 19-09-2019 17:05
Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasında yeni təyinat olub.
GÜNpress.az publika.az-a istinadla xəbər verir ki, İldırım Vəliyev Təhlükəsizlik Şurasında baş məsləhətçi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, İ. Vəliyev bu təyinatadək Baş Prokurorluğun Fövqəladə Hallar nazirliyi, Dövlət Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətlərinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsində rəis müavini vəzifəsini tutub.
Qeyd edək ki, Prezident İlham Əliyevin bir neçə ay əvvəl imzaladığı sərəncamla general-polkovnik Ramil Usubov Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Seçilmişlər
Ən çox oxunanlar