Nazir Prezident Administrasiyasının işdən çıxarılan şöbə müdirinə VƏZİFƏ VERDİ
Tarix: 05-09-2019 13:58
Vergilər naziri Mikayıl Cabbarov Prezident Administrasiyasının işdən çıxarılan şöbə müdirinə vəzifə verib.
GÜNpress.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, M.Cabbarovun müvafiq əmri ilə, Rövşən Nəcəf Vergilər nazirliyinin Maliyyə Monitorinq Xidmətinin direktoru təyin edilib.
Qeyd edək ki, Maliyyə Monitorinqi Xidməti Prezident İlham Əliyevin 30 may 2019-cu il tarixli sərəncamı ilə yaradılıb.
Seçilmişlər
Ən çox oxunanlar