Patruşev Ramil Usubovla danışıqlar aparmaq üçün Bakıya gəlir
Tarix: 03-09-2019 12:29
Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev sentyabrın 4-də Azərbaycana gələcək.
GÜNpress.az TASS-a istinadən xəbər verir ki, səfərdə məqsəd Rusiya və Azərbaycan arasında təhlükəsizlik üzrə məsləhətləşmələr aparmaqdır.
"Sentyabrın 4-də Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Azərbaycana səfər edəcək. O, Bakıda Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov və bir sıra nazirlik və idarələrinin nümayəndələri ilə Rusiya-Azərbaycan təhlükəsizlik müşavirələri keçirəcək", - Rusiya Təhlükəsizlik Şurasının Mətbuat xidmətinin açıqlamasında bildirilir.
Seçilmişlər
Ən çox oxunanlar