Leyla Əliyevadan bayram təbriki
Tarix: 04-10-2014 14:20
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
L.Əliyeva özünün rəsmi Facebook səhifəsində təbrik ünvanlayıb: “Hörmətli həmvətənlər! Sizi – Azərbaycan Respublikası vətəndaşlarını və xarici ölkələrdə yaşayan soydaşlarımızı dünya müsəlmanlarının mənəvi birlik və həmrəylik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirirəm. Qurban bayramı islamın bir din kimi tamamlandığı və insanlar üçün hidayət yolu olaraq seçildiyi mübarək günün təcəssümüdür. Əksər müsəlmanlar bu əlamətdar gündə Uca Yaradanın adına kəsilən qurbanlarla Allaha yaxınlığın, mənəvi-əxlaqi dəyərlərə bağlılığın sevincini yaşayır, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını nümayiş etdirirlər. Qurban bayramı həm də xeyirxahlıq, şəfqət və mərhəmət bayramıdır. Azərbaycanda hər il böyük fərəh hissləri ilə icra olunan Qurban mərasimləri insanları sülh və əmin-amanlıq yoluna dəvət edir, cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, humanizm və qardaşlığın təntənəsinə çevrilir. Bu günlər ölkəmizdə geniş xeyriyyəçilik tədbirləri həyata keçirilir, imkanı çatan hər bir müsəlman ehtiyacı olanlara könül xoşluğuyla yardım göstərir. Əziz həmvətənlər, hörmətli soydaşlar! Mübarək Qurban bayramı günündə hamınıza Tanrıdan möhkəm cansağlığı, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram. Bayramınız mübarək olsun!”.
Seçilmişlər
Ən çox oxunanlar