Reklam

Əsas xəbərlər




Reklam
Seçilmişlər
Yazarlar
Xəbər lenti
19-11-2024, 17:18

19-11-2024, 17:16

7-11-2024, 14:52

7-11-2024, 14:22

25-10-2024, 10:54

25-10-2024, 10:52

25-10-2024, 10:51

15-10-2024, 20:32

14-10-2024, 13:11

14-10-2024, 13:09

14-10-2024, 13:07

14-10-2024, 13:05

14-10-2024, 13:03

14-10-2024, 13:02

2-10-2024, 10:20

20-09-2024, 17:43

20-09-2024, 10:07

19-09-2024, 17:27

19-09-2024, 17:24

18-09-2024, 11:38

17-09-2024, 21:21

11-09-2024, 11:57

11-09-2024, 11:54

11-09-2024, 11:50

6-09-2024, 16:02

6-09-2024, 16:01

4-09-2024, 15:34

26-08-2024, 10:42

26-08-2024, 10:41

15-08-2024, 11:27

9-08-2024, 14:48

5-08-2024, 10:35

5-08-2024, 10:33

1-08-2024, 12:33

25-07-2024, 19:14

22-07-2024, 15:05

22-07-2024, 15:04

18-07-2024, 21:55

29-06-2024, 18:12

25-06-2024, 17:32

25-06-2024, 17:30

25-06-2024, 15:11

25-06-2024, 14:19

21-06-2024, 14:30

20-06-2024, 16:40

20-06-2024, 12:07

14-06-2024, 16:24

14-06-2024, 14:08

14-06-2024, 14:06

14-06-2024, 14:03

10-06-2024, 13:22

10-06-2024, 13:20

10-06-2024, 13:19

10-06-2024, 11:50

10-06-2024, 11:49

7-06-2024, 16:12

6-06-2024, 14:49

4-06-2024, 11:59

4-06-2024, 11:58

4-06-2024, 11:57

1-06-2024, 09:52

31-05-2024, 12:03

29-05-2024, 17:18

29-05-2024, 17:10

29-05-2024, 15:24

25-05-2024, 23:02

25-05-2024, 20:06

25-05-2024, 19:59

General "MiQ-29" təyyarəsinin axtarışlarının detallarını AÇIQLADI

Tarix: 28-08-2019 14:28   
General "MiQ-29" təyyarəsinin axtarışlarının detallarını
Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini general-mayor Məhərrəm Həsənov hərbi təlim zamanı həlak olan pilot Rəşad Atakişiyevin meyitinin tapılması prosesi barədə açıqlama verib.

GÜNpress.az-ın Trend-ə istinadən məlumatına görə, general-mayor Məhərrəm Həsənov təyyarənin “qara qutu”su və pilotun nəşinin axtarışlarının çox çətinliklə baş tutduğunu deyib.

O bildirib ki, hadisə haqqında məlumat alan kimi qəzanın baş verdiyi ehtimal edilən əraziyə toplaşıblar: “Dənizdə axtarış işlərinin öz spesifik xüsusiyyətləri var. Biz dövlət əhəmiyyətli bu mühüm tapşırığa ən bacarıqlı, yüksək hazırlığa malik dalğıcları cəlb etdik. Altı nəfər dalğıcın altısı da peşəkardır. Hər birinin beynəlxalq dərəcəli sertifikatı var və Türkiyədə Sualtı Hazırlıq Mərkəzində beynəlxalq dalğıc kursu keçib.

Əməliyyatın çətinliyi iki amillə bağlı idi. Qəza baş verən yer dəqiq məlum deyildi. Onun yerinin müəyyən edilməsində Hərbi Hava Qüvvələrinin böyük xidməti qeyd edilməlidir. Təyyarənin radardan itməsi anında onun istiqaməti, sürəti və uçuş hündürlüyü təyyarənin dənizə düşdüyü ərazini təxmin etməkdə əhəmiyyətli oldu”.

FHN rəsmisi əməliyyat zamanı üzləşdikləri çətinliklərdən də danışıb: “Axtarış böyük bir ərazidə aparılırdı. Bu işə Hərbi Dəniz Qüvvələrinin və ARDNŞ-nin gəmiləri də cəlb olunmuşdu. Buna baxmayaraq, qardaş Türkiyənin köməyindən də istifadə edilməsi qərara alındı. Hava şəraiti axtarışları normal aparmağa imkan vermirdi. Bəzən dalğanın hündürlüyü iki metrə çatırdı ki, bu da, sözün əsl mənasında, 20-23 metr dərinlikdə işləyən dalğıc üçün olduqca ciddi risk idi. Türkiyənin axtarış qrupunun texniki vasitələrindən də istifadə edildi.

Təxmini ərazidə ilk nişanələri gəmi heyəti aşkarladı. Bundan sonra dalğıclar həmin koordinata endirildi. İlk tapılan hissələr təsdiqlədi ki, axtarış üçün ərazi düzgün müəyyənləşdirilib. Əvvəlcə, dalğıclar təyyarənin kiçik bir hissəsini suyun üstünə çıxardılar. Bu, qanadın bir hissəsi idi və axtarışların uğurla davam etdirilməsində stimul oldu”.

M.Həsənov deyib ki, hava şəraitinə görə dalğıcların ciddi xəsarət alma ehtimalları da olub: “Suya endirilən robotlar su altında idarə olunmaqla 2 saatdan çox işləyə bilir. Robotun müəyyənləşdirdiyi obyekt haqqında məlumat aldıq. Mütəxəssislər o obyektin məhz “qara qutu” olduğunu qətiləşdirdilər. Həmin anlarda dənizdə güclü dalğa vardı. Dənizin sakitləşməsini gözləmək olmazdı. Sualtı axın “qara qutu”nu qeydə alındığı yerdən uzaqlaşdıra bilərdi. Son dərəcə təhlükəli bir şəraitdə gizir Elxan İsgəndərov suya endirildi. Elxanın “qara qutu”nu tapdığı məlumatını aldıq. Bu, olduqca böyük uğur idi. Yeri dəqiq bilinməyən ərazidə bu səviyyədə axtarış və bu qədər dəyərli bir tapıntı - əlbəttə ki, böyük nəticə idi. Axtarışlar pilotun tapılması istiqamətində davam etdirildi və polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi tapıldı”.

Xidmət rəisinin birinci müavini dalğıcların işini fədakarlıq kimi qiymətləndirib.