Zakir Həsənov Nəcməddin Sadıkovu "zərərsizləşdirdi"
Tarix: 01-10-2014 23:11
Azərbaycanın tanınmış generallarından olan Zakir Həsənov Müdafiə Naziri təyin olunandan sonra bir neçə ay ərzində orduda bütün təyinatlar və hərəkət etmə mövqelərini MN-in Baş Qərərgah Rəisi Nəcməddin Sadıkov həyata keçirtdi və Zakir Həsənov müşahidəçi mövqeyini seçdi.
Amma “Gunpress.az” saytına daxil olan məlumata görə, Zakir Həsənov 2 aydır ordu quruculuğunda bütün proseslərə bir başa nəzarət edir və inanılmaz nəticələr əldə edilib. Belə ki, Zakir Həsənovun nazir kimi bütün proseslərə nəzarət etməsindən sonra əsgər ölümü sıfırlaşır, korrupsiya aradan qalxır. Ən diqqətçəkən məqam budur ki, Zakir Həsənovun iştirakı ilə təşkil olunan helikopter hərbi təlimində Azərbaycan zabitləri Türkiyə hərbçilərindən daha çox yüksək nəticə əldə ediblər.
Seçilmişlər
Ən çox oxunanlar