Palata “Azəriqaz”da yoxlamaya başladı - RƏSMİ
Tarix: 27-05-2019 13:52
Hesablama Palatası daha bir dövlət qurumunda yoxlamalara başlayıb.
GÜNpress.az xəbər verir ki, unikal.org-un əldə etdiyi məlumata görə, palata "Azəriqaz" İstehsalat Birliyinin fəaliyyətini araşdırır. Belə ki, Hesablama Palatası vəsaitlərin istifadəsinə dair maliyyə yoxlamaları aparır. Bundan başqa Azəriqaz” İstehsalat Birliyinin maliyyə-təsərrüfat fəaliyyətinə dair nəzarət tədbirləri üzrə hesabatlar yoxlanılır.
Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev yoxlamaların aparıldığını təsdiqləyib:
"Bütün idarə və təşkilatlarda olduğu kimi Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən “Azəriqaz” İstehsalat Birliyində dövri yoxlamalar aparılır. Bu yoxlamalar qrafik üzrə həyata keçirilir. Yoxlamaların nə zaman bitəcəyi dəqiq bilinmir."
Seçilmişlər
Ən çox oxunanlar