Nazirlə deputat arasında qarşıdurma - DETALLAR
Tarix: 21-04-2019 10:48
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə Ədliyyə Nazirliyi rəhbərliyi arasında gərginlik yaranıb.
Bu barədə məlumatda bildirilir ki, bu gərginliyin nəticəsi olaraq Əli Hüseynli məhz Məhkəmə-Hüquq Şurasının üzlüyündən xaric edilib. Onu bu qurumda artıq Milli Məclisin birinci-vitse-spikeri Ziyafət Əsgərov əvəz edib.
Məlumatda o da qeyd olunur ki, Ədliyyə Nazirliyinin rəhbərliyinin göstərişinə əsasən Əli Hüseynli nazirliyin tədbirlərinə də dəvət almır.
Məlumatda qeyd olunur ki, nazir Fikrət Məmmədovla münasibətləri olduqca gərginləşdiyindən Əli Hüseynli əvvəlki dövrdə olduğu kimi daha ayrı-ayrı məhkəmə orqanlarına xahiş və tapşırıqlar verə bilmir.
O da bildirilir ki, komitə sədrinin rayonların brirində məhkəmə sədri olan bacanağı da yaxın zamanlarda “vurulacaq”.
Gununsesi.org
Seçilmişlər
Ən çox oxunanlar