Leyla Yunusu həbsxanada döyüblər
Tarix: 24-09-2014 15:52
Kürdəxanıda yerləşən 1 saylı İstintaq təcridxanasındakı mənbə inanılmaz bir məlumat verib. Həmin məlumatda iddia olunur ki, hüquq müdafiəçisi, siyasi dustaq Leyla Yunus həbsxana əməkdaşlarının biri tərəfindən döyülüb. Həmin əməkdaşın kişi cinsinə mənsub olduğu və mayor rütbəsi daşıdığı iddia edilir. Məlum olduğu kimi, Leyla Yunus son günlər vəkilləri ilə əlaqəyə çıxmırdı və görüşə gələ bilmədiyi xəbərini göndərirdi.
Musavat.com bildirir ki, məlumat dəqiqdir və onun təsdiqlənməsi istiqamətində iş gedir. Yaxın saatlarda bu məsələ ilə bağlı vəkillərin də münasibəti olacaq(musavat.com).
Seçilmişlər
Ən çox oxunanlar