100 min manata maşın nömrəsi satılır - Azərbaycanda ən bahalı nömrələr + SİYAHI
Nəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunan rəqəmlərin və ya hərflərin kombinasiyası hər zaman insanların diqqət mərkəzində olub.
Bu hal Azərbaycandan da kənar deyil. Belə ki, ölkəmizdə də yeni avtomobil alan şəxs arzuladığı nəqliyyat vasitəsinə sahib olduqdan sonra bir də bunun üzərinə zövqünü oxşayacaq avtomobil qeydiyyat nişanını seçməyə çalışır. Belə olan halda, nəqliyyat vasitəsinin sahibi arzuladığı qeydiyyat nişanına sahib olmaq üçün büdcəsindən istənilən məbləğdə maddi vəsait belə xərcləməyə xəsislik etmir. Bu zaman avtomobil qeydiyyat nişanına ayrılan vəsait, hətta yeni avtomobil qiymətinə belə başa gəlir. Ölkəmizdə ən baha qiymətə təklif olunan avtomobillər üçün nəzərdə tutulmuş dövlət qeydiyyat nişanlarını araşdırılıb və onların siyahısı tərtib edilib.
Qeyd edək ki, fərdi şəxslər qeydiyyat nişanlarını satışa çıxararkən rəqəmlərin düzülüşünə, qoşa hərflərə, eyni rəqəmlərin sıralanması və s. görə qiymət təyin edir.
Məsələ ilə bağlı, "Digesta" hüquq firmasının direktoru, yol-nəqliyyat hərəkəti üzrə ekspert Ərşad Hüseynov bildirib ki, avtomobil qeydiyyat nişanlarının alqı-satqısı mümkün deyil, bu, loru dildədir və əslində bu prosedurun adı qeydiyyat nişanlarının bir adamın adında başqa adamın adına rəsmiləşdirilməsidir. "Avtomobil qeydiyyat nişanları ayrıca alqı-satqı predmeti ola bilməz. Avtomobildən kənar qeydiyyat nişanlarının heç bir hüquqi mahiyyəti yoxdur. Amma müxtəlif avtomobillərin təkrar qeydiyyatı yolu ilə qeydiyyat nişanlarını bir avtomobildən başqa avtomobilə keçirməyin hüquqi mexanizmi mümkündür", - deyə Ə.Hüseynov vurğulayıb.
Avtomobil qeydiyyat nişanlarına təyin olunan qiymətlərə gəlincə, Ə.Hüseynov bildirib ki, qeydiyyat nişanlarına qoyulan qiymətlər fərdi şəxslər tərəfindən verilir. Bu qiymət Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi tərəfindən müəyyən edilən qiymət deyil: "Dövlət rüsumu haqqında qanunda dövlət qeydiyyat nişanlarının vətəndaşlara verilməsi ilə bağlı rüsumlar var. O rüsumdan kənar Dövlət Yol Polisi orqanları 1 qəpik də artıq pul ala bilməzlər".
GUNpress.az fed.az-a istinadən Azərbaycanda ən baha qiymətə təklif olunan avtomobil nömrələrinin siyahısını sizə təqdim edir: