Putinin sevgilisi deputatlıqdan imtina etdi
Tarix: 15-09-2014 15:46
Dövlət Dumasına “Vahid Rusiya” partiyasından üzv olan Alina Kabayeva öz arzusu ilə deputat mandatından imtina edib. Modern.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Dumanın nizam-intizam komissiyasının sədri Sergey Popov açıqlama verib.
“Deputat ərizə ilə müraciət etdi, biz də müsbət cavab verdik”-deyə Popov deyib. Komitə sədri Alina Kabayevanın sentyabrın 15-də ərizə ilə müraciət etdiyini və başqa işə keçməsi ilə əlaqələndar deputat mandatına xitam verilməsini xahiş etdiyini söyləyib.
Alina Kabayevanın mandatına xitam verilməsi məsələsi sentyabrın 16-da müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, tanınmış gimnast, 2004-cü il Afina Yay Olimpiya Oyuunlarının qalibi Alina Kabayeva daha çox Rusiya prezidenti Vladimir Putinin məşuqəsi olması ilə bağlı yayılan şayiələrlə məşhurdur.
Seçilmişlər
Ən çox oxunanlar