Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən azad edildi
Tarix: 18-10-2015 21:31
Azərbaycan Prezidenti İlham Əliyev milli təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifəsindən azad edib.
Gunpress.az saytı xəbər verir ki, ölkə başçısının bununla bağlı imzaladığı sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin”.
General-polkovnik Eldar Mahmudov 23 iyul 2004-cü il tarixindən milli təhlükəsizlik naziri təyin olunmuşdu.
Seçilmişlər
Ən çox oxunanlar