Evi yanan sakin icra başçısına: "Yandırmısan, indi cavab ver!"
Tarix: 20-05-2015 15:13
Azadlıq prospektində yanan binaya baş çəkməyə gələn Bənəqədi İh başçısı Xaləddin İskəndərovla zərərçəkənlər arasında mübahisə yaranıb.
Ölkə.az-ın hadisə yerindəki müxbiri xəbər verir ki, icra başçısına etiraz edən vətəndaşlar onu baş verənlərdən cavabdeh biliblər. Bir bina sakini isə İskəndərova: "Yandırmısan, indi cavab ver!" deyə etirazını bildirib.
Xatırladırıq ki, mənzilləri yanan vətəndaşların qalması üçün ayrılmış evlər uzaq olduğundan sakinlərin əksəriyyəti o evlərə getməkdən imtina edərək müvəqqəti olaraq şəhərdəki qohumlarının evlərində yerləşiblər.
Seçilmişlər
Ən çox oxunanlar